Horadizdə sakinlərlə görüş olub

Horadizdə sakinlərlə görüş olub
  19 Yanvar 2014    Oxunub:922
Əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədi ilə Füzuli Rayon İcra Hakimiyyəti nümayəndələrinin Horadiz şəhərində sakinlərlə görüşü keçirilib.

AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən görüşdə Horadiz şəhərinin, Mirzənağılı, Arayatlı, Mollaməhərrəmli, Əhmədalılar, Babı və Qazaxlar kəndlərinin 300 nəfərdən çox sakini iştirak edib. Rayonun idarə və təşkilatlarının, xidmət sahələri rəhbərlərinin, ərazi icra nümayəndələrinin də iştirakı ilə keçirilən görüşdə əhalinin problemlərinin həlli, sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən, işğaldan azad edilmiş ərazilərdə aparılan geniş quruculuq və abadlıq işlərindən danışılıb. Qeyd olunub ki, belə görüşlər, canlı ünsiyyət və təmaslar əhalinin qayğı və problemlərinin yaxından öyrənilməsinə və operativ həllinə imkan verir.

Görüşdə sakinlərin müraciətləri, arzu və təklifləri dinlənilmişdir. Qaldırılmış məsələlərin bir çoxu yerindəcə həll edilmiş, bəzilərinin həlli üçün əlaqədar qurumların rəhbərlərinə tapşırıqlar verilib.


Teqlər:





Xəbər lenti