Almaniya səfirliyimizdə 20 Yanvar anıldı - FOTO

Almaniya səfirliyimizdə 20 Yanvar anıldı - FOTO
  20 Yanvar 2014    Oxunub:1340
Azərbaycanın Almaniyadakı səfirliyində 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar tədbir keçirilib.
Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı səfirliyində 20 yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar tədbir keçirilib.

Azərbaycanın Almaniyadakı səfirliyindən Trend-ə verilən məlumata görə, Almaniyanın millət vəkillərinin, siyasi və mədəni ictimaiyyətinin, mətbuat nümayəndələrinin, xarici ölkə diplomatlarının və Azərbaycan diasporunun qatıldığı tədbirdə Azərbaycanın AFR-dəki fövqəladə və səlahiyyətli səfiri Pərviz Şahbazov çıxış etmişdir. Hadisələr zamanı həlak olmuş şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdikdən sonra səfir tədbir iştirakçılarına 20 yanvar hadisələri haqqında geniş məlumat vermişdir.

P.Şahbazov bildirdi ki, Sovet hakimiyyəti tərəfindən Azərbaycan xalqının azadlıq ideallarını beşiyindəcə boğmaq məqsədilə törədilən bu qanlı cinayət xalqımızı müstəqillik yolundan döndərməyi bacarmayıb. Səfir ümummilli liderimiz Heydər Əliyevin hadisələr baş verəndən dərhal sonra Moskvada 20 yanvar faciəsi üçün məsuliyyət daşıyan Sovet hakimiyyəti rəhbərlərini ifşa etdiyini və müstəqil Azərbaycanda siyasi hakimiyyətə qayıtdıqdan sonra faciəyə hüquqi-siyasi qiymətin verilməsinə nail olduğunu diqqətə çatdırdı. Səfir eyni zamanda təəssüflə qeyd etmişdir ki, hadisələr baş verən zaman Azərbaycan informasiya blokadasında olduğu üçün dünya, o cümlədən Almaniya KİV-lərində 20 yanvar faciəsi barədə təqdim olunmuş məlumatlar hadisələrin tam obyektiv təsvirini verməmişdir.

Daha sonra Berlin Humbolt Universitetinin "Azərbaycan tarixi" kafedrasının müdiri, professor Eva Maria Aux 20 yanvar hadisələrinin tarixi haqqında məruzə ilə çıxış etdi. O zamankı hadisələri dərindən təhlil edən professor Aux Ermənistanda və Azərbaycanın Dağlıq Qarabağ bölgəsində azərbaycanlılara qarşı törədilən etnik təmizləmə və qətliamlara da toxunaraq, 20 yanvar faciəsini törədən Sovet hakimiyyəti və onun rəhbəri Mixail Qorbaçovu erməni separatçılığına şərait yaratmaqda ittiham etdi.

Tədbirin rəsmi hissəsindən sonra, Almaniyada yaşayan azərbaycanlı musiqiçilər Tamilla Quliyeva və Anar İbrahimovun ifasında Azərbaycan və Qərb bəstəkarlarının əsərlərindən ibarət anım konserti səsləndirilib. Eyni zamanda 20 yanvar faciəsindən bəhs edən tarixi fotoşəkillərdən ibarət sərgi, həmçinin müxtəlif əyani vəsaitlər tədbir iştirakçılarına təqdim olundu.

Qalereya




Teqlər:





Xəbər lenti