Qadının ən gözəl yaşı
Aparılan genişmiqyaslı təhlilər nəticəsində sübut olunub ki, qadınlar yalnız 30 yaş ərəfəsində daha cəlbedici və daha seksual görünürlər. Təcrübədə iştirak edən 2000-dən çox respondent də bunu təsdiq edib. Keçirilən orijinal sorğuda iştirak edən güclü və zərif cinsin nümayəndələri bildiriblər ki, 31 yaşına yaxın qadın maksimum dərəcədə gözəl olur. Kişilər qeyd ediblər ki, maddi cəhətdən təmin olunma, özünəgüvənmə və kimi xüsusiyyətlər qadının gözəllik və digər üstünlüklərinə əhəmiyyətli dərəcədə təsir edir.
Alimlər, həmçinin iddia edirlər ki, 30 yaş ərəfəsində gənc qadınlar və qızlar öz gözəllikləri ilə bağlı psixoloji kompleks yaşayırlar, lakin heç də gözəllik salonlarına gedərək özlərini dəyişməyə çalışmırlar.
Səbinə
AzVision.az