Müdafiə Nazirliyindən ermənilərə təkzib

Müdafiə Nazirliyindən ermənilərə təkzib
  20 Yanvar 2014    Oxunub:1322
Müdafiə Nazirliyi cəbhə xəttində erməni ordusunun itki verməsi haqda Ermənistan mətbuatında yayılan xəbərləri təkzib edib.
Nazirliyin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, yanvarın 20-də Ermənistan Respublikasının kütləvi informasiya vasitələri Dağlıq Qarabağ ərazisində guya Azərbaycan Silahlı Qüvvələrinin diversiya qrupunun qoşunların təmas xəttində atəşkəsi pozaraq təxribat törətməsi və erməni bölmələrinin itkilər verməsi barədə xəbərlər yayıblar.

“Ermənistan ordusundakı itkilər hərbi hissələrdəki nizam-intizamın aşağı səviyyədə olması, zabitlərlə əsgərlər, həmçinin Ermənistandan çağırılan əsgərlərlə Dağlıq Qarabağ erməniləri arasında qarşılıqlı münasibətlərin kobud surətdə pozulması nəticəsində baş verir.

Müdafiə Nazirliyi rəsmi olaraq bildirir ki, qoşunların təmas xəttində hər hansı bir insident qeydə alınmayıb, Ermənistan mətbuatında yayılan məlumatlar dezinformasiya və təxribat xarakteri daşıyır”-deyə nazirlikdən bildirilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti