Pakistan qəzeti şəhidlərimizdən yazıb
Yazıda azadlıq hərəkatını boğmaq məqsədi ilə 1990 –ci il yanvarın 20-də sovet ordusunun 26 minlik kontingentinin Bakıya yeridildiyi bildirilir. Müəllif ordunun mülki əhaliyə qarşı törətdiyi vəhşiliklər haqqında söhbət açaraq ölənlər arasında uşaq, qadın və qocaların olduğunu qeyd edir. Daha sonra yazır ki, əsgərlər mülki əhali, təcili tibbi yardım maşınları və hətta xəstəxanaları atəşə tutublar.
Məqalədə deyilir ki, siyasi məna daşıyan bu aksiya Almatı və Tbilisi hadisələrindən sonra baş verib və Azərbaycanın müasir tarixində dönüş nöqtəsi, SSRİ-nin süqutunun isə başlanğıcı olub.