Heydər Əliyev Fondu Türkiyədə 20 Yanvar faciəsini andı

Heydər Əliyev Fondu Türkiyədə 20 Yanvar faciəsini andı
  21 Yanvar 2014    Oxunub:1198
Heydər Əliyev Fondunun Türkiyə nümayəndəliyi 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar konfrans təşkil edib.
Heydər Əliyev Fondunun Türkiyə nümayəndəliyi Bursa şəhərindəki Uludağ Universitetində 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar konfrans təşkil edib.

AzVision.az fondun rəsmi saytına istinadən xəbər verir ki, tədbirdə universitetin tələbə-müəllim heyəti, Bursa şəhərinin rəhbərliyi iştirak ediblər.

Heydər Əliyev Fondunun Türkiyə təmsilçisi Samir Cəfərov Sovet İttifaqının dağıldığı dövrdə öz dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış Azərbaycan xalqına qarşı törədilmiş qətliamın səbəblərindən, ermənilərin, onların havadarlarının məkrli siyasətindən danışıb. O, həmin günlərdə məhz ümummilli lider Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək qətliamın günahkarlarını ifşa etdiyini xatırladıb.

Konfransda çıxış edən professor Göksəl İşyar və dosent Barış Özdal əsrlər boyu ermənilərin Azərbaycanda və Anadoluda törətdikləri qırğınlardan, o cümlədən 20 Yanvar və Xocalı faciələrindən söz açıblar.

Sonda konfrans iştirakçıları 20 Yanvar faciəsindən bəhs edən fotoşəkillərdən ibarət sərgi ilə tanış olublar.


Teqlər:  





Xəbər lenti