Rəsul Quliyev KXCP və AMİP-i aşağıladı

  21 Yanvar 2014    Oxunub : 365
Rəsul Quliyev KXCP və AMİP-i aşağıladı
“Ölkə əhalisinin 99 faizi ya bu təşkilatları tanımır,ya da müxalifət olduqlarını bilmirlər”
Açıq Cəmiyyət Partiyasından (ACP) istefa verən eks-spiker Rəsul Quliyev müxalifət liderlərini yenidən tənqid edib. AzVision.az-ın məlumatına görə, R.Quliyev əhalinin 99 faizinin müxalifəti tanımadığını bildirib.

“Hər şey göz qabağındadır. Müxalifət toplum olaraq bir yerdə olsa belə ümumi gücləri 5 adamdan yuxarı çıxmır. Ölkə əhalisinin 99 faizi ya bu təşkilatları tanımır,ya da müxalifət olduqlarını bilmirlər. Bu dəqiqə ölkədə Milli Şura (yəni AXCP ), Müsavat Partiyası (azdan çoxdan təşkilatlanmış) “EL” hərəkatı və ADP öz təşkilatlarını yaratmaq istəyirlər, KXCP, AMİP kiçik qüvvələrdir”-deyə R.Quliyev müxalifəti aşağılayıb.

R.Quliyev həmçinin müxalifətin mitinqlərini ələ salaraq insanların müxalifətə inamının qalmadığını deyib:

“Hətta bütün müxalifət bir yerdə olsa belə tək bir nazirin gücündən belə zəifdir. Məgər bu belə deyilmi? Ona görə partiya və qurumların yeni mərhələyə qədəm qoyduq bəyanatları xalqa söylənilən ağ yalandır.

2003-cü ildə 70-80 min adam mitinqlərdə iştirak edirdi və onlar kifayət qədər qətiyyətli idilər. 2005-ci ildə 40-50 min adam dəyişikliyə inanırdı və mitinqlərə çıxırdı. İndi prezident seçkisi ərəfəsində maksimum 5000,qiymətlərin qaldırılması ilə əlaqədar cəmi 1000 nəfər mitinqlərə çıxdılar. Bu rəqəmlər müxalifətin total deqradasiya etməsindən xəbər vermirmi?”.

A.Rüstəmov

Teqlər: