“Telegram”da yeni funksiya istifadəyə verilib

  27 İyul 2020    Oxunub : 2734
“Telegram”da yeni funksiya istifadəyə verilib
“Telegram” mesencerində videozənglər funksiyası istifadəyə verilib.
Azvision.az xəbər verir ki, test mərhələsində olan funksiyadan hazırda “iOS” istifadəçiləri yararlana bilərlər.

Bunun üçün “App Store” mağazasında mesencerin “6.3” adlı aktual versiyasının yüklənməsi tələb olunur. Sonra “Experimental Feature” (Eksperimental funksiyalar) funksiyasının aktivləşdirildiyi “Debug” menyusunu açmaq üçün proqramdakı quraşdırmalar işarəsi üzərinə 10 dəfə basmaq lazımdır.

Bundan sonra profilə daxil olaraq fotoşəklin üzərinə gəlmək və funksiyadan istifadə etmək tələb olunur. Bu zaman həmsöhbətin eyni hərəkətləri yerinə yetirməsi vacibdir, əks halda videozəng etmək mümkün olmayacaq.

Azvision.az

Teqlər: Teleqram