Polad Bülbüloğlu: “Qorbaçov cəzalandırılmalıdır”

Polad Bülbüloğlu: “Qorbaçov cəzalandırılmalıdır”
  21 Yanvar 2014    Oxunub:919
“Faciənin əsl səbəbkarı məhz Qorbaçovdur”

Ötən gün Azərbaycanın Rusiyadakı səfirliyində 20 Yanvar faciəsinin 24-cü ildönümü anılıb. AzVision.az-ın məlumatına görə, anım mərasimində Azərbaycan diasporu və eləcə də digər ölkələrin səfirlikləri iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu 20 Yanvar olaylarında Keçmiş SSSR prezidenti Mixail Qorboçovu günahlandırıb:

“Faciənin əsl səbəbkarı SSRİ lideri Qorbaçovdur. Məsum insanlarımızın qanı axıdıldı. Bu dərd, yara udunula bilməz. 20 Yanvar qətlimanı törədənlər mütləq cəzalarını çəkməlidir. Azərbaycan xalqının tarixində 20 yanvar facisəsi qanlı hərflərlə yazılılb. Şəhidlərimizin yeri cənnət olsun”-deyə, səfir P.Bülbüloğlu əlavə edib.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti