YAP-dan Əli İnsanovla bağlı AÇIQLAMA
Bunu AzVİsion.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Mübariz Qurbanlı həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanovun yeni partiya yaratması və onun müxalifətin liderinə çevrilməsi haqda fikirlərə münasibət bildirərkən deyib.
YAP rəsmisi qeyd edib ki, kimliyindən aslı olmayaraq müxalifətdə yaradılan yeni partiyanın gələcəyi yoxdur:
“Böyük əksəriyyət İlham Əliyevin tərəfindədir. Son prezident seçkiləri də bunu göstərdi. Ona görə də müxalifətin radikal qanadının ad dəyişməsi, birləşməsi, ayrılması heç nəyi dəyişə bilməz. Müxalifətin radikal qanadı bir-birilə yarışır, bir-birilə mübarizə aparır. Müxalifət hansısa partiya yaratsa da onlar Azərbaycanın siyasi mühitində heç bir dəyişiklik edə bilmir və etməyəcək. Ona görə də onların hansısa partiyası nə bizi, nə də cəmiyyəti narahat edir”.
Fatimə Kərimli