Bakıda yaşayış binasında yanğın – Sakinlər təxliyə edildi

Bakıda yaşayış binasında yanğın –  Sakinlər təxliyə edildi
  30 İyul 2020    Oxunub:3955
Bakı şəhərinin Nəsimi rayonunda yanğın baş verib.
Azvision.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, çoxmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsindən 14-cü mərtəbəsinə qədər şaxta boyunca 24 p.m kommunikasiya xətləri və 24 ədəd elektrik sayğacı yanıb.

Yanğın zamanı liftdə qalan 2 nəfər xilasedicilər tərəfindən xilas edilib, 10 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti