4600 "Taliban" üzvü həbsdən azad edildi

4600 "Taliban" üzvü həbsdən azad edildi
  30 İyul 2020    Oxunub:2060
Əfqanıstan hökuməti "Taliban" qruplaşmasının 4600 üzvünü həbsdən azad edib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin ikinci vitse-prezidenti Məhəmməd Sərvər Daniş bildirib.

"Taliban" isə öz növbəsində cümə axşamına qədər məhbusların azad edilməsi prosesini başa çatdırmaq və bununla 1002 əfqan hərbçini azad etmək niyyətindədir. Bu məqsədlə daha 79 nəfər sərbəst buraxılıb.

Bununla belə, "Taliban" Əfqanıstan hökumətindən ABŞ ilə razılaşma əsasında 5 min məhbusun azad edilməsini tələb edir.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Əfqanıstan  





Xəbər lenti