Lavrov : Qarabağ üçün yeni ideyalarımız var
AzVision.az xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov ötən ilin yekunlarına həsr edilmiş mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, “ATƏT-in Minsk qrupunun həmsədrlərinin danışıqlar zamanı səsləndirilən rəylərə əsasən təklif edə biləcəkləri yeni ideyaları var”.
“Münaqişə tərəfləri bu ideyalara etiraz etməsələr də, prinsipial razılığa gəlmək üçün əlavə səylər göstərilməsini tələb edirlər”.
Biz səy göstərəcəyik, lakin bir daha deyirəm ki, əsas olan tərəflərin münaqişənin həlli ilə bağlı prinsiplərlə razı olmasıdır. Onların yerinə biz bu işi yerinə yetirən deyilik. Sadəcə tərəfləri stimullaşdıracağıq. Son qərarı isə Bakı və Yerevan verəcək”.
AzVision.az