“ASAN xidmət”lərdən məmnunluq əmsalı 99,4 faizdir

   “ASAN xidmət”lərdən məmnunluq əmsalı 99,4 faizdir
  31 İyul 2020    Oxunub:1985
Bu günədək “ASAN xidmət” mərkəzlərinə 7 milyon vətəndaşın 38,3 milyona yaxın müraciəti daxil olub.
Azvision.az xəbər verir ki, keçirilən rəy sorğusuna əsasən vətəndaşların “ASAN xidmət”lərdən məmnunluq əmsalı 99,4 faiz təşkil edir.

Qeyd edək ki, hazırda ölkəmizdə 20 "ASAN xidmət" mərkəzi var. Onlardan 5-i paytaxt Bakıda, digər 15-i isə regional mərkəzlər olmaqla Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Quba, Masallı, Mingəçevir, İmişli, Şəki, Şamaxı, Kürdəmir, Tovuz, Ağcabədi və Balakəndə yerləşir.

Azvision.az


Teqlər: ASAN-Xidmət  





Xəbər lenti