Ədliyyə nazirinin qəbuluna qeydiyyatdan keç
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a bildiriblər ki, qəbul yanvarın 24-də saat 12.00-dan etibarən Qəbələ Mədəniyyət Mərkəzində (ünvan: Qəbələ şəhəri, 28 May küçəsi, 40) keçiriləcək.
Vətəndaşlar qəbula Şəki Regional Ədliyyə Şöbəsinin (telefonu: (02424) 4-34-48; 4-43-47), habelə Ədliyyə Nazirliyinin (012) 510-10-01 (əlavə 2104), 055-925-37-41, (055) 634-85-15, (055) 652-07-07 nömrəli telefonları və [email protected] elektron poçt ünvanı vasitəsilə, eləcə də Qəbələ Mədəniyyət Mərkəzində yazıla bilərlər.
Eyni zamanda, vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin həmin gün keçiriləcək qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılmışdır. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət olunmalıdır.