Millət vəkili Avropa Şurasının iclasında iştirak edəcək

Millət vəkili Avropa Şurasının iclasında iştirak edəcək
  22 Yanvar 2014    Oxunub:1049
Milli Məclisin deputatı Rauf Əliyev Avropa Şurası Genişləndirilmiş İdman Sazişi üzrə qurumunun İdarə heyətinin iclasında iştirak etmək üçün yanvarın 22-dən 25-dək Fransada səfərdə olacaq.
Milli Məclisin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, qurumun Strasburq şəhərində keçiriləcək toplantısında cari məsələlərə baxılacaq, Avropa Şurasına üzv ölkələrdə idman sahəsindəki yeniliklərdən danışılacaq.

Deputatımız müzakirələrdə fəal iştirak edəcək, toplantı iştirakçılarına 2015-ci ildə Azərbaycanda keçiriləcək I Olimpiya oyunlarına hazırlıq işlərinin gedişi ilə bağlı məlumat verəcək, Azərbaycan idmançılarının uğurlarından söhbət açacaq.


Teqlər:





Xəbər lenti