Yen sədr qaçqınların pensiya problemini həll etdi

Yen sədr qaçqınların pensiya problemini həll etdi
  22 Yanvar 2014    Oxunub:871
DSMF sədri Elman Mehdiyev 5 rayonun məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçıları üçün qəbul keçirib

Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev Fondun Quba rayon şöbəsinin inzibati binasında bu rayondan, eləcə də Qusar, Şabran, Siyəzən, Xaçmaz rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçıları üçün qəbul keçirib. Fondun mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, “Açıq qapı” şəraitində baş tutan qəbula gələn bütün vətəndaşların müraciətlər operativ qaydada araşdırılıb və onların bir qismi yerindəcə həll edilib. Bir sıra müraciətlər müəyyən dəqiqləşmələr, araşdırma tələb etdiyindən müvafiq tədbirlərin görülməsi barədə şəhər və rayon şöbələrinin rəhbərlərinə, Fondun digər vəzifəli şəxslərinə tapşırıqlar verilib.

Qəbula gələn vətəndaşların müraciətləri əsasən pensiyaların yenidən hesablanmasının bir sıra hüquqi aspektləri, müvafiq arxiv sənədlərinin olmaması səbəbindən keçmiş sovet dövründə işlədikləri müddətin əmək stajlarına əlavə edilməməsi kimi məsələləri əhatə edib. Müraciətlərin bir qismi isə pensiya növünün dəyişdirilməsi, güzəştli şərtlərlə yaşa görə pensiya təyinatı, fərdi şəxsi hesablarda qeydə alınan pensiya kapitalları, sosial sığorta və digər məsələlərlə bağlı olub. DSMF-nin səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti təşkilatlara çatdırılması üçün qeydə alınıb.

Qəbula gələn bütün vətəndaşların Fondun həmin şəhər və rayon şöbələrinin inzibati binalarının qarşısından xüsusi ayrılmış nəqliyyatla DSMF Quba rayon şöbəsinə aparılıb gətirilmələri təmin olunub.


Teqlər:





Xəbər lenti