Qənirə Paşayeva polisə şikayət etdi

Qənirə Paşayeva polisə şikayət etdi
  22 Yanvar 2014    Oxunub:1214
Millət vəkili Qənirə Paşayeva Twitter hesabında təxribatla üzləşib.
AzVision.az xəbər verir ki, bu barədə millət vəkilinin özü məlumat verib. O, bildirib ki, kimlərsə onun hesabının parolunu oğurlyıb və deputat artıq bu hadisəylə bağlı hüquq-mühafizə orqanlarına şikayət edib:

“Ötən gün kimlərsə mənim rəsmi Twitter hesabımın parolunu oğurlayaraq, özəl mesaj qutumdan bəzi dostlara mənim adımdan mesaj yazdıqlarının şahidi olduq. Yazılan mesajı həmən tamam silməyi unutduklarından bir parçası bu əxlaqsızlığı və tərbiyəsizliyi anlamamıza vəsilə oldu. Sizdən ricam odur ki, son 2 gündə və ondan öncə (çünki bunu öncələri də edə bilərlər!) mənim özəl mesaj qutumdan kimlərəsə şübhələndiyiniz, narahatedici və ya bunu Qənirə xanım yazmaz dediyiniz mesaj gəlibsə, mutlaq bizə xəbər verin. Qeyd edim ki, mən ümumiyyətlə özəl mesaj qutusundan nadir istifadə edirəm”.

Deputatın sözlərinə görə, artıq mütəxəsislərin dəstəyi ilə Twitter hesabının güvənliyi daha da artırılıb:

“Başqalarının hesabına girmək, məktublar yazmaq və ya məktublar oxumaq dünyada bir insanın edə biləcəyi ən büyük əxlaqsızlıq və tərbiyəsizlikdir. Təəssüf ki, günümüzdə bu cür əxlaqsız və tərbiyəsiz insanların sayı artmaqdadır. Bütün dostlardan diqqətli olmalarını və şübhələndikləri anda bizə hər hansı bir yolla müraciət etmələrini rica edirik.

Dəyərli dostlar!
(GaniraP) mənim tək rəsmi twitter hesabımdır. Təssüf ki, bəzi insanlar bütün əxlaq normalarını pozaraq mənim adıma başqa twitter hesabları açıblar. O hesabların mənimlə heç bir əlaqəsi yoxdur və bunu hər kəsin bilməsini istəyirik. Ümid edirəm ki adıma saxta twitter hesabı açan şəxslər nə qədər böyük əxlaqsızlıq və tərbiyəsizlik etdiklərinin fərqinə vararaq,bu tərbiyəsizliyi dayandıracaqlar və bunun dayandırılması üçün sizin də dəstəyinizə ehtiyacımız var”.


Teqlər:  





Xəbər lenti