Sabah Gülər Əhmədovanın məhkəməsidir

Sabah Gülər Əhmədovanın məhkəməsidir
  22 Yanvar 2014    Oxunub:1295
Sabah sabiq millət vəkili Gülər Əhmədovanın apellyasiya məhkəməsi keçiriləcək. AzVision.az xəbər verir ki, məhkəmədə eks-deputatın özü də iştirak edəcək. Hüquqlarını vəkili Əfsər Talıbov müdafiə edəcək.

Xatırladaq ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova mandatından imtina edib. Ötən il fevralın 13-də isə G. Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə G. Əhmədova 3 il müddətinə azadlıqdan məhrum edilib.

AzVision.az



Teqlər:  





Xəbər lenti