Ombudsman polis bölmələrini yoxladı

Ombudsman polis bölmələrini yoxladı
  22 Yanvar 2014    Oxunub:1008
Ombudsmanın İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun (MPQ) üzvləri Daxili İşlər Nazirliyi Qaradağ Rayon Polis İdarəsinin (RPİ) 11-ci və 38-ci polis bölmələrinə başçəkmələr həyata keçiriblər.

Ombudsman Aparatının mətbuat xidmətindən verilən məlumata görə, başçəkmələrin məqsədi bu bölmələrdə saxlanılma şəraiti, rəftar və müvafiq sənədləşmənin araşdırılması olub.

Başçəkmələr zamanı polis bölmələrində saxlanılan şəxs olmamış, hər-hansı nöqsan aşkar edilməyib.

Habelə 38-ci polis bölməsinin standartlara cavab verən yeni binaya köçürüldüyü və burada ümumilikdə dörd nəfər üçün nəzərdə tutulmuş iki müvəqqəti saxlanma yerinin inşa edildiyi məlum olub.



Teqlər:  





Xəbər lenti