İtaliya və Çindən gələn həkimlər ödənişsiz işləyirlər

 İtaliya və Çindən gələn həkimlər ödənişsiz işləyirlər
  15 Avqust 2020    Oxunub:3414
İtaliyadan və Çindən gələn işçi qrup hər hansı ödənişlə fəaliyyət göstərmir. Onlar ölkələr arasında olan əməkdaşlıq əsasında gəlirlər.
Azvision.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda qalan və işləyən həkimlər var.

"Biz daha çox onların tibbi fəaliyyətlərinin monitorinqini aparırıq. Maddi tərəfdən suala cavab verə bilməyəcəm".

Anar Kəlbiyev
Azvision.az


Teqlər: İtaliya   Çin   Həkim  





Xəbər lenti