Reanimasiyada olan xəstələrin sayı azalıb

   Reanimasiyada olan xəstələrin sayı azalıb
  29 Avqust 2020    Oxunub:3080
Azərbaycanda koronavirusla bağlı 28 avqust 2020-ci il tarixinə olan statistik göstəricilər açıqlanıb.
Azvision.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Son sutkada koronavirusa görə 6014 test aparılıb. İndiyə kimi həyata keçirilən testlərin sayı 904 min 506-ya çatıb.

Reanimasiyada olan xəstə sayı 141, süni tənəffüs cihazında olan xəstə sayı 16 nəfərdir.

Hazırkı dövrədək ölkəmizdə 35 min 986 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 33 min 461 nəfər müalicə olunaraq sağalıb, 527 nəfər vəfat edib. Aktiv xəstə sayı 1998 nəfərdir.

Azvision.az


Teqlər: TƏBİB   Koronavirus  





Xəbər lenti