Azərbaycanın işğal olunmuş ərazilərində virus kütləvi yayılıb

   Azərbaycanın işğal olunmuş ərazilərində virus kütləvi yayılıb
  29 Avqust 2020    Oxunub:3422
Azərbaycanın işğal olunmuş ərazilərində koronavirusun yayılması ilə əlaqədar verilən məlumatlar reallığı əks etdirmir.
Azvision.az xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

Onun sözlərinə görə, müxtəlif kanallar vasitəsilə daxil olan məlumat ondan ibarətdir ki, Ermənistanın özündə yayılma tendesiyası ilə bərabər Azərbaycanın işğal olunmuş ərazilərində də kütləvi şəkildə virusun yayılması vardır.

"Dağlıq Qarabağın erməni icması Azərbaycan vətəndaşlarıdır. Həmin vətəndaşların yoluxması da Azərbaycanın ümumi statistikasında göstərilməlidir. Ancaq işğal faktı bu məlumatları əldə etməyə imkan vermir. ÜST-ə müraciətimizdə də bildirilib ki, Dağlıq Qarabağda yoluxmalar barədə məlumatlar daxil olanda, bu, Azərbaycanın ümumi statistikasında göstərilməlidir”.

H.Hacıyev qeyd edib ki, Şuşada qondarma rejim maskasız, sosial məsafə gözləmədən qondarma anım mərasimi keçirib: “ İşğal olunmuş ərazilərdə Ermənistan silahlı bölmələrinin hərəkəti də yoluxma hallarının artmasına səbəb olur. Bu ərazilərimizdə koronavirusa yoluxma halı çoxdur, lakin Ermənistan gizlədir”.

Aytən Zəhra

Azvision.az




Teqlər: Hikmət-Hacıyev   Qarabağ   Azərbaycan  





Xəbər lenti