Aşuraya görə daha 4 nəfər cərimələndi

Aşuraya görə daha 4 nəfər cərimələndi
  31 Avqust 2020    Oxunub:3030
Xızı rayonunda “Aşura” mərasimi keçirmək istəyən şəxslər məsuliyyətə cəlb olunublar.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Azvision.az -a verilən məlumata görə, Xızı Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində xidmət aparan zaman Şurabad qəsəbəsi ərazisindəki məscidinin qarşısında "Aşura" mərasimi keçirmək istəyən şəxsləri saxlayıblar.

Polis əməkdaşları tərəfindən mövcud karantin qaydaları pozaraq mərasim keçirmək istəyən 4 nəfər qəsəbə sakini saxlanılaraq şöbəyə gətirilib, burada onlar barəsində qanunauyğun tədbirlər görülüb və hər biri 200 manat miqdarında cərimə ediliblər.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti