4499 şəxs barəsində cinayət işi üzrə qərar verilib

4499 şəxs barəsində cinayət işi üzrə qərar verilib
  01 Sentyabr 2020    Oxunub:2414
Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən prokurorluq orqanlarının fəaliyyətini əks etdirən rəqəmlər barədə kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə #gununreqemi həştəqi ilə məlumatlar yerləşdirilir.
Azvision.az xəbər verir ki, bu günün rəqəmi isə 4499-dur.

Belə ki, 2020-ci ilin I yarımili ərzində Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokurorlarının iştirakı ilə birinci instansiya məhkəmələrində 4499 şəxs barəsində cinayət işi və məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiallara baxılaraq yekun qərarlar qəbul edilib.

Prokurorluq orqanlarının fəaliyyətindəki yeniliklərdən xəbərdar olmaq üçün sosial şəbəkə səhifələrinin izlənilməsi tövsiyə olunur.

Azvision.az


Teqlər: Prokurorluq  





Xəbər lenti