Hacıqabulda qəza: Ölən və yaralı var

Hacıqabulda qəza:  Ölən və yaralı var
  04 Sentyabr 2020    Oxunub:3237
Sentyabrın 3-də saat 1 radələrində Hacıqabul rayonunun Muğan qəsəbəsi ərazisində Bərdə rayon sakini C.Rzayev idarə etdiyi “Ford” markalı yük avtomobilini qarşıda gedən Kürdəmir rayon sakini E.Abdurrahmanovun idarə etdiyi “KamAZ” markalı avtomobilə vurub.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, nəticədə C.Rzayevin sərnişini - Bərdə rayon sakini Qabil İbrahimov hadisə yerində ölüb, özü xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Azvision.az


Teqlər: Hacıqabul   Qəza   Yol  





Xəbər lenti