Bu il 27 şəxs cinayət başında yaxalanıb - Korrupsiya faktları

 Bu il 27 şəxs cinayət başında yaxalanıb -  Korrupsiya faktları
  08 Sentyabr 2020    Oxunub:5298
Baş Prokurorluq tərəfindən prokurorluq orqanlarının fəaliyyətini əks etdirən rəqəmlər barədə kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə #gununreqemi həştəqi ilə məlumatlar yerləşdirilir.
Baş Prokurorluğun mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, bu günün rəqəmi isə “27”-dir.

Belə ki, 2020-ci ilin I yarımili ərzində Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməliyyat qurumları keçirilən əməliyyat tədbirləri nəticəsində 27 şəxsin cinayət başında yaxalanmasını təmin edib.

Prokurorluq orqanlarının fəaliyyətindəki yeniliklərdən xəbərdar olmaq üçün sosial şəbəkə səhifələrinin izlənilməsi tövsiyə olunur.

Azvision.az


Teqlər: Prokurorluq   Korrupsiya  





Xəbər lenti