Azərbaycan və Türkiyə spikerləri görüşdü

 Azərbaycan və Türkiyə spikerləri görüşdü
  11 Sentyabr 2020    Oxunub:3443
Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığı ilə Türkiyədə səfərdə olan Azərbaycan parlament nümayəndə heyətinin sentyabrın 11-də Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopla görüşü olub.
Bu barədə Azvision.az -a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, görüşdə parlamentlərarası əlaqələrin perspektivləri, iki ölkə arasındakı münasibətlərin inkişafında parlamentlərin rolu barədə fikir mübadiləsi aparılıb.

Azvision.az


Teqlər: Spiker   Türkiyə   Səfər   Görüş  





Xəbər lenti