İmtahanda zəhərlənənlərin vəziyyəti necədir?
“Zəhərlənənlərin 20 faizi iştirakçılar, əksəriyyəti işçi heyət- nəzarətçilər, texniki heyət, könüllər olub. Hər kəs eyni yerdə qidalanıb”.
A.Əliyeva vurğulayıb ki, imtahanlarda yeni sualların hazırlanması üçün ekspertlər çalışırlar. Onun sözlərinə görə, “Yüksəliş” müsabiqəsinin yeni imtahanı iki həftədən sonra keçirilə bilər. İmtahanların keçiriləcəyi gün barədə ictimaiyyətə məlumat veriləcək.
Qeyd edək ki, sentyabrın 12-də “Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin ikinci imtahanında kütləvi qida zəhərlənməsi baş verib.
Aytən Zəhra
Azvision.az
Teqlər: Yüksəliş İmtahan Zəhərlənmə