Hakerlər Ermənistan hökumətinin milyonluq sənədlərini ələ keçirdi

  03 Oktyabr 2020    Oxunub : 2492
   Hakerlər Ermənistan hökumətinin milyonluq sənədlərini ələ keçirdi
“Karabakh Hacking Team” və “AntiArmenia.Org”dan olan bir qrup azərbaycanlı haker Ermənistan hökumətinin “MulberryGroupware” v1 və v2 elektron sənəd dövriyyəsi sistemini sındırıb.
Azvision.az xəbər verir ki, bu barədə komandanın teleqram kanalında deyilir.

“Biz serverin sərt diskini günbəgün, ilbəil klonlamışıq. Nəticədə məlumat sızıntısı 50 TB-ı keçir. Odur ki, bizi izləyin və onların hamısını yükləmək imkanınız olacaq.

Layihənin ümumi dəyəri 916 244,81 avrodur (1 072 268,94 ABŞ dolları). Bu nə deməkdir? O deməkdir ki, Ermənistanın cinayətkar hökuməti qəsdən həvəskar “Vxsoft” şirkəti ilə işləyib və bu fürsətdən istifadə edib. Çox sağ olun, Ermənistan hökuməti!”, - mesajda deyilir.







Azvision.az

Teqlər: