“Ermənistan yaxşı başa düşür ki, artıq uduzub” - Gürcü ekspert

    “Ermənistan yaxşı başa düşür ki, artıq uduzub” -    Gürcü ekspert
  04 Oktyabr 2020    Oxunub:2940
Ermənistan silahlı qüvvələrinin Azərbaycanın cəbhədən uzaq şəhərlərini, qədim mədəniyyət mərkəzi olan Gəncə şəhərini raket atəşinə tutması müharibə cinayətidir.
Bunu Gürcüstanın tanınmış politoloqu Tengiz Txilava deyib. Onun sözlərinə görə, ermənilər sentyabrın 27-də Azərbaycana qarşı növbəti təxribatı törədəndə belə ağır məğlubiyyətə uğrayacaqlarını düşünmürdülər. Ona görə də, indi böyük təşviş və təlaş içindədirlər. Ermənistanın baş naziri Nikol Paşinyanın oktyabrın 3-dəki çıxışı bunu bir daha sübut etdi.

T.Txilava deyib: “Ermənistan çox yaxşı başa düşür ki, artıq uduzub. Lakin cəbhəni də belə qoyub gedə bilmir. Ona görə də, cəbhə xəttindən xeyli uzaqda olan şəhərlərini, dinc əhalini atəşə tutmaqla Azərbaycanı daha ciddi addımlar atmağa vadar edir”.

Ekspert hesab edir ki, ermənilərin məqsədi bu münaqişəni lokal müharibəyə çevirmək və digər dövlətləri öz tərəfinə çəkməkdir.

“Azərbaycanı bu yollarla provokasiyaya cəlb etmək olmaz. Azərbaycan rəhbərliyi də bunu bilir və düzgün qərarlar qəbul edir. Hesab edirəm ki, Azərbaycan Ordusu yaxın günlərdə öz qəti sözünü deyəcək və münaqişəyə son qoyulacaq”, – deyə, T.Txilava vurğulayıb.

Azvision.az


Teqlər: Qarabağ  





Xəbər lenti