Əfqanıstandan Azərbaycana dəstək bəyanatı

  04 Oktyabr 2020    Oxunub : 1224
Əfqanıstandan Azərbaycana dəstək bəyanatı
Əfqanıstan İslam Respublikasının Milli Şurasının Yuxarı Palatası Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün dəstəklənməsinə dair bəyanat qəbul edib.
Azvision.az xəbər verir ki, bəyanatda Əfqanıstan Milli Şurasının Yuxarı Palatası Ermənistanın Azərbaycana qarşı silahlı hücumunu pisləyir. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə hörmət ifadə olunur.

Əfqanıstan Milli Şurasının Yuxarı Palatası Ermənistan ilə Azərbaycan arasındakı hərbi toqquşmalar zamanı Azərbaycan Respublikasının Xocalı şəhəri və Dağlıq Qarabağ məntəqəsinə dəymiş xəsarət və insanlıq əleyhinə cinayətlər ilə bağlı dərin narahatlığını bildirərək, hadisə nəticəsində həlak olanları yaxınlarının dərdinə şərik olaraq, bu iki qonşu ölkə arasında sərhəd probleminin birdəfəlik həlli və bu hadisənin səbəbkarlarının mühakiməsini istədiyini bildirir.

Sənəddə BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin ən qısa zaman ərzində icra olunmasına çağırış əks olunur.

Əfqanıstan Milli Şurasının Yuxarı Palatası Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyün müdafiəsində bu ölkə ilə qəti şəkildə həmrəy olduğunu bəyan edir.
Əfqanıstan Milli Şurasının Yuxarı Palatası. həmçinin sözügedən məsələyə dair dərhal öz mövqeyini bildirdiyi üçün Əfqanıstan İslam Respublikasının Xarici İşlər Nazirliyinə təşəkkürünü ifadə edir.

Azvision.az

Teqlər: DağlıqQarabağ