“Ermənistan məqsədli şəkildə mülki əhalini hədəfə alır” - XİN

“Ermənistan məqsədli şəkildə mülki əhalini hədəfə alır” -  XİN
  05 Oktyabr 2020    Oxunub:2990
Sentyabrın 27-dən bu günə qədər Ermənistanın Azərbaycanın mülki vətəndaşlarını və infrastrukturunu atəşə tutması nəticəsində 24 mülki şəxs həlak olub.

Azvision.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Leyla Abdullayeva bu gün keçirilən brifinqdə bildirib.
Onun sözlərinə görə, 27 sentyabr tarixindən yeni təcavüz aktına əl atan Ermənistan tərəfi beynəlxalq hüququn norma və prinsiplərini, o cümlədən Cenevrə Konvensiyasını və onun tələblərini kobudcasına pozaraq azərbaycanlı mülki şəxsləri və mülki infrastrukturu məqsədli şəkildə hədəfə alır.

XİN rəsmisi qeyd edib ki, sentyabrın 27-dən indiyədək 24 mülki şəxs ermənilərin atəşi nəticəsində həlak olub, 121 nəfər yaralanıb və 300-dən çox ev, mülki obyektlər, infrastrukturlar dağıdılıb.

L.Abdullayeva vurğulayıb ki, Ermənistan tərəfi ənənəvi şəkildə yenə də yalan və iftiraya əl ataraq guya ki, azərbaycanlı mülki şəxsləri və obyektləri hədəfə almağıdını bildirir.

Azvision.az


Teqlər: XİN   Leyla-Abdullayeva  





Xəbər lenti