Gəncə yenidən atəşə tutuldu

   Gəncə yenidən atəşə tutuldu
  08 Oktyabr 2020    Oxunub:3102
Düşmən ölkənin silahlı qüvvələri tərəfindən oktyabrın 8-də tarixdə saat 04 radələrində Gəncə şəhərinə raket zərbələri endirilməsi nəticəsində bir neçə mülki obyektə, 1 avtomobilə və bir neçə yaşayış binasına maddi ziyan dəyib.
Bu barədə Azvision.az -a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisənin təfərrüatlarının müəyyən edilməsi istiqamətində zəruri istintaq tədbirləri həyata keçirilir.

Azvision.az


Teqlər: Prokurorluq   Gəncə  





Xəbər lenti