"Məqsədimiz dezinformasiyanın qarşısını almaqdır" - Deputat

"Məqsədimiz dezinformasiyanın qarşısını almaqdır" -  Deputat
  09 Oktyabr 2020    Oxunub:2010
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanın rəhbərliyi altında həyata keçirilən əks-hücum əməliyyatı ölkəmizin ərazisində aparılır. Qarşı tərəf bizim haqq işimizlə bağlı həqiqətə uyğun olmayan və dezinformasiya xarakteri daşıyan xəbərlər yayır.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Nizami Səfərov yerli və Rusiya KİV-lərinin nümayəndələrinin iştirakı ilə keçirilən brifinqdə deyib.

Deputat bildirib ki, bizim məqsədimiz dezinformasiyanın qarşısını almaqdır. O əlavə edib ki, Azərbaycan Ordusunun apardığı iş haqq işidir və Cenevrə Konvensiyasının, beynəlxalq hüquq normaları çərçivəsində həyata keçirilir.

"Azərbaycan Silahlı Qüvvələri əks-hücum əməliyyatının ölkə daxilində, öz ərazi bütövlüyü çərçivəsində aparır. Otuz ildən artıqdır ki, BMT-nin 4 qətnaməsi kağız üzərində qalıb. Bu qətnamələrin birinin müzakirəsi zamanı bir sıra xarici ekspertlər münaqişənin həll edilməsinin Azərbaycanın haqq işi olduğunu bildirib. Milli Məclisin Sədri Sahibə Qafarova Rusiyaya səfəri zamanı bir sıra rəsmi şəxslərlə görüşləri zamanı Azərbaycanın öz ərazi bütövlüyü uğrunda mübarizə apardığını və Qarabağın Azərbaycanın tarixi və əzəli torpağı olduğunu bildirib”.

Deputat Ermənistanın siyasi rəhbərliyinin Azərbaycan Ordusunda muzdlu əsgərlərin döyüşməsi haqqında feyk xəbərlər yaymasından da danışıb və onların həqiqəti əks etdirmədiyini diqqətə çatdırıb: "Biz öz torpaqlarımız uğrunda mübarizə aparırıq və Azərbaycan ərazi bütövlüyünü bərpa edəcək".

Azvision.az


Teqlər: Deputat   Nizami-Səfərov   Qarabağ  





Xəbər lenti