“Yeni xoş xəbərlər yaxındadır” - Füzulinin deputatı

 “Yeni xoş xəbərlər yaxındadır” -  Füzulinin deputatı
  13 Oktyabr 2020    Oxunub:4056
“Ermənistanın işğalçı ordusu Gəncədə törətdiyi terror hadisəsindən sonra cəbhəyanı rayonlarımızı, o cümlədən, Füzuli rayonunun kəndlərini atəşə tutmaqda davam edir”.
Bunu Azvision.az -a Milli Məclisin Füzulidən olan deputatı Vüqar Bayramov bildirib.

Deputat qeyd edib ki, işğalçı ölkənin bu mövqeyinin ən yaxşı qarşılığı torpaqların azad edilməsidir:

“Əgər işğalçı humanitar atəşkəş zamanı mülki vətəndaşlarımıza tuşladığı silahlarını susdurmadısa, deməli, heç bir halda uzunmüddətli atəşkəşə əməl etməsi də real deyil. Atəşkəş ikitərəfli olur. Əgər işğalçı ona əməl etmirsə, bu, artıq atəşkəş deyil. Deməli, problemin yeganə həll yolu torpaqlarımızın tam işğaldan azad olunmasıdır. Müzəffər Ordumuz işğalçıya bütün cəbhə boyu cavab verir və onlar geri oturdur. Yeni xoş xəbərlər yaxındadır. Qələbə bizimlədir!”.

Tural Tağıyev
Azvision.az



Teqlər: Vüqar-Bayramov   Füzuli   Atəşkəs  





Xəbər lenti