“Ermənistana silahlar göndərilir, bunu niyə demirsiniz?” - Ərdoğan

 “Ermənistana silahlar göndərilir, bunu niyə demirsiniz?” -  Ərdoğan
  14 Oktyabr 2020    Oxunub:3991
“30 ildir oturub, danışıb gedirlər. Azərbaycanın işğal edilmiş torpaqlarını qaytarın, bu, çətin deyil”.
Azvision.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib Türkiyə lideri bildirib ki, indi azərbaycanlı qardaşlarımız ermənilərlə mücadilə aparır:

“Bizimlə əlaqə saxlayanlar deyirlər ki, Suriyadan döyüşçü göndərirsiniz. Bizim belə bir dərdimiz yoxdur. Azərbaycanlı qardaşlarımıza hər cür dəstək verməyə hazırıq və verəcəyik. Amma Minsk Qrupu üçlüyünün dəstəyini niyə qeyd etmirsiniz. Rusiyadan, Fransadan Ermənistana bu qədər silahlar göndərilir. Bunları niyə demirsiniz? Bunların qarşısında səsiz qalırsınız. Deyirsiniz ki, Azərbaycana Suriyadan döyüşçülər gəlir. Onların öz torpaqlarında işi var, oraya getməzlər", - deyə Türkiyə Prezidenti əlavə edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ərdoğan   Türkiyə  





Xəbər lenti