“Bu tarixi və şərəfli gün çox yaxındadır” - Azay Quliyev

 “Bu tarixi və şərəfli gün çox yaxındadır” -  Azay Quliyev
  17 Oktyabr 2020    Oxunub:2330
"Paşinyan və Tonoyan Gəncədə törətdikləri hərbi cinayətlərə görə mütləq cəzalarını alacaqlar. Bu cəzanı ilk növbədə BMT-nin Təhlükəsizlik Şurası verməlidir. Oktyabrın 19-da toplanacaq Təhlükəsizlik Şurasından ədalətli və qətiyyətli qərar gözləyirik. Bu, onların tarix qarşısında sınağı olacaq".
Bunu Azvision.az -a açıqlamasında Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev deyib.

Deputat bildirib ki, Azərbaycan dövləti və Ordusu torpaqlarımızı işğaldan azad etməklə bu caniləri cəzalandırmaqda davam edir:

"Bu gün Ali Baş Komandan İlham Əliyevin Füzuli şəhərinin işğaldan azad olunmasını xalqa elan etməsi işğalçı ölkəyə vurulan ağır zərbə, Paşinyan və Tonoyana verilən növbəti cəzadır. Bu caniləriə ən ağır cəzanı Şuşanı və Xankəndini işğaldan azad etdikdən sonra verəcəyik. Bu tarixi və şərəfli gün çox yaxındadır. İndiyə kimi ədalət mühakiməsindən heç bir cani qaça bilməyib. Xalqımız buna əmin olsun! Qarabağ Azərbaycandır!"

Azvision.az


Teqlər: Deoutat   Azay-Quliyev  





Xəbər lenti