İranlı həkimlər Azərbaycana kömək üçün müraciət etdilər

 İranlı həkimlər Azərbaycana kömək üçün müraciət etdilər
  21 Oktyabr 2020    Oxunub:4150
İrandan bir qrup həkim Azərbaycanda döyüş zonalarında könüllü olaraq fəaliyyət göstərmək üçün ölkəmizin Tehrandakı səfiri Bünyad Hüseynova müraciət ünvanlayıb.
Bu barədə Azvision.az -a İranın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Müraciətdə qeyd edilib: “Diqqətinizə çatdırmaq istərdik ki, biz, İranın mütəxəsis həkimləri Azərbaycan dövlətini və xalqını yeni qələbələr münasibətilə təbrik edir, eləcə də, hərbçilərin və sivil xalqın şəhid edilməsi ilə əlaqədar dərin hüznlə başsağlığı verərək Azərbaycan Ordusuna və əsgərinə yeni qələbələr arzulayırıq. Biz həkimlər Azərbaycan Respublikasına könüllü olaraq gəlməyə, döyüş zonalarında yaralanan sivil xalqa və hərbçilərə tibbi yardım göstərməyə, onları müalicə etməyə hazır olduğumuzu diqqətinizə çatdırmaq istərdik”.

Xatırladaq ki, siyahıda 22 həkimin adı var.



Pərvanə Sultanova
Azvision.az


Teqlər: İran  





Xəbər lenti