“Tariximizin biabırçı səhifəsini yaşayırıq” - Ermənistanın sabiq baş naziri Paşinyanı istefaya çağırdı

  27 Oktyabr 2020    Oxunub : 5356
 “Tariximizin biabırçı səhifəsini yaşayırıq”  - Ermənistanın sabiq baş naziri Paşinyanı istefaya çağırdı
Ermənistanın birinci baş naziri (1990-1992), ölkənin ikinci müdafiə naziri olmuş (1992-1993), hazırda Milli Demokratik Birlik partiyasına sədrlik edən Vazgen Manukyan Ermənistan hakimiyyətini istefaya çağırıb.

Azvision.az xəbər verir ki, bu barədə onun müraciətində deyilir.
Manukyan etiraf edib ki, bu gün Ermənistan tarixin biabırçı və dağıdıcı səhifəsini yaşayır:

“Biz tariximizin biabırçı və dağıdıcı səhifəsini yaşayırıq. Yalnız "Artsax" deyil, (Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisi – red) həmçinin Ermənistan, ermənilərin gələcəyi də təhlükə altındadır. Vəziyyəti dəyişdirmək mümkündürmü? Bəli! Ancaq mövcud hökumətin dövründə yox. Nə edilməlidir?

Bu hökumət istefaya getməli, bütün hakimiyyəti orduya təhvil verməlidir. Bunu dağıdıcı zərbələr olmadan könüllü şəkildə etməlidirlər. Bütün hakimiyyəti əlinə alan ordu mövcud müharibə vəziyyəti üçün lazımi tədbirləri təşkil etməli, "Artsax"la birlikdə ortaq Müdafiə Komitəsi yaratmalıdır. Yeganə xilas budur. Əks təqdirdə hər şeyi itirə bilərik".

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Paşinyan   Qarabağ