Ermənistan Bərdəyə kasetli raketlər atıb

  27 Oktyabr 2020    Oxunub : 2089
 Ermənistan Bərdəyə kasetli raketlər atıb
“ANAMA-nın verdiyi məlumata görə, Ermənistan ordusu tərəfindən Bərdəyə “Smerç” qurğusundan kasetli raketlər atılıb".

Azvision.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında bildirib.
“Mülki insanlara qarşı kasetli raketlərin istifadəsi qadağandır. İki yaşlı körpə qız da daxil olmaqla, 4 mülki şəxs həlak olub, 13 mülki şəxs yaralanıb. Kasetli raketdən istifadə olunduğu üçün itki çoxdur”, - deyə H. Hacıyev vurğulayıb.

Azvision.az

Teqlər: Bərd   Hikmət-Hacıyev