“Şuşanın azad edilməsi ümidlərimizi artırdı” - Ərdoğan

“Şuşanın azad edilməsi ümidlərimizi artırdı” -  Ərdoğan
  09 Noyabr 2020    Oxunub:2360
"Şuşa şəhərinin işğaldan azad edilməsi sevincimizi və ümidlərimizi artırdı".
Azvision.az -ın məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan səfirlərin konfransında deyib.

Ərdoğan bildirib ki, Azərbaycan torpağının işğal olunmasına səssiz qala bilməzdik və qalmadıq.

“Ermənistanın 28 illik zülmü qarşısında ATƏT-in Minsk Qrupu azərbaycanlı qardaşlarımızı qaçqın vəziyyətində saxladı. Bu işğala Minski Qrupu heç bir çarə tapmadı, həll yolu təklif etmədi.

Azərbaycanlı qardaşlarımız öz problemlərini özləri həll etdi. Prezident İlham Əliyevin Şuşanın azad olunması ilə bağlı açıqlamasını sevinclə izlədik. İlham Əliyev başda olmaqla Azərbaycan xalqını təbrik edirəm. Bu mübarizə Qarabağ işğaldan tam azad olunana qədər davam edəcək. Dağlıq Qarabağda işğal bitməyincə, mübarizə bayrağı enməyəcək".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ərdoğan   Qarabağ   Şuşa  





Xəbər lenti