Tərtərə artilleriya hücumu: Bir mülki şəxs yaralandı

 Tərtərə artilleriya hücumu:   Bir mülki şəxs yaralandı
  10 Noyabr 2020    Oxunub:2909
Tərtər şəhəri Ermənistan tərəfindən ağır artilleriya hücumuna məruz qalır.
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “Twitter” hesabında yazıb.

Prezidentin köməkçisi bildirib: “Tərtər şəhəri Ermənistan tərəfindən ağır artilleriya hücumuna məruz qalır. Bir mülki şəxs yaralanıb. Ermənistanın siyasi-hərbi rəhbərliyi dinc əhaliyə qarşı terror siyasətini davam etdirir. Tərtər Ermənistanın hədəf aldığı bütün hücumlara qətiyyətlə və qürurla müqavimət göstərir”.

Azvision.az


Teqlər: Hikmət-Hacıyev   Tərtər  





Xəbər lenti