“Şəhidlərimiz geosiyasi oyunları darmadağın etdilər” - Hikmət Hacıyev

  “Şəhidlərimiz geosiyasi oyunları darmadağın etdilər” -    Hikmət Hacıyev
  11 Noyabr 2020    Oxunub:5333
"Allah şəhidlərimizə rəhmət eləsin. Onlar qanları və canları ilə “fait accompli” prinsipi ilə işğala əsaslanan status kvonu bizə illər ərzində qəbul etdirməyə yönələn geosiyasi oyunları darmadağın etdilər".
Azvision.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Tvitter hesabında yazıb.

“Torpaqlarımız işğaldan azad olundu. Qarabağın ürəyi olan Şuşa azad edildi”, - deyə H.Hacıyev bildirib.



Azvision.az


Teqlər: Hikmət-Hacıyev  





Xəbər lenti