Bakının bəzi yollarında hərəkət çətinləşib, avtobuslar gecikir

 Bakının bəzi yollarında hərəkət çətinləşib,    avtobuslar gecikir
  17 Noyabr 2020    Oxunub:1931
Gecə saatlarından davam edən yağışla əlaqədar bəzi yollarda nəqliyyat vasitələrinin hərəkətində çətinlik yaranıb.
Azvision.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.

"Hazırda qeyd olunan küçə və prospektlərdə sıxlıq müşahidə olunur: H.Əliyev prospekti şəhər mərkəzi istiqaməti kənar yol, Q.Qarayev prospekti, H.Zərdabi küçəsi - 20 Yanvar dairəsi istiqaməti, Z.Bünyadov küçəsi - 20 Yanvar dairəsi istiqaməti, Ü.Hacıbəyov küçəsi, Ə.Yaqubov küçəsi - Bayıl dairəsi, A.Şərifzadə küçəsi, M.Füzuli küçəsi.
Yollardakı mövcud vəziyyət səbəbindən hazırda bütün istiqamətlərdə müntəzəm və ekspress xətlər üzrə avtobusların intervalında gecikmələr var", - deyə BNA rəsmisi qeyd edib.

Azvision.az


Teqlər: BNA   Yağış   Yol  





Xəbər lenti