Ermənistanda daha bir nazir istefa verdi

  17 Noyabr 2020    Oxunub : 1234
   Ermənistanda daha bir nazir istefa verdi
Ermənistanın fövqəladə hallar naziri Feliks Tsolakyan vəzifəsindən istefa verib.
Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan FHN-in mətbuat katibi Anna Badasaryan məlumatı təsdiqləyib. Nazirin istefa səbəbi açıqlanmayıb.

Feliks Tsolakyan bu vəzifəyə 2018-ci ildə təyin edilmişdi.

Qeyd edək ki, ötən gün Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan vəzifəsindən istefa verib.

Azvision.az

Teqlər: Ermənistan