Bakı və bölgələr üzrə yoluxma statistikası

Bakı və bölgələr üzrə yoluxma statistikası
  18 Noyabr 2020    Oxunub:2377
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına yoluxma statistikası açıqlanıb.
Azvision.az "koronavirus.info" saytına istinadən xəbər verir ki, ən yüksək yoluxma Bakı şəhərindədir. Ölkə üzrə yoluxmanın 53,5 faizi paytaxtın payına düşür.

Bundan başqa, Abşeronda yoluxma 13.8 faiz, Aranda 11.3 faiz, Gəncə-Qazaxda 7.2 faiz, Lənkəranda 4.0 faiz, Şəki-Zaqatalada 3.3 faiz, Quba-Xaçmazda 3.2 faiz, Dağlıq Şirvanda 1.9 faiz, Yuxarı Qarabağda 1.0 faizdir. Naxçıvanda yoluxma 0.06 faiz, ölkə xarici yoluxma isə 0.7 faiz təşkil edir.

Bakı şəhəri üzrə koronavirusun ən çox yayıldığı rayonlar da açıqlanıb. Paytaxtda ən yüksək göstərici Binəqədi rayonunda qeydə alınıb. Bu rayonda yoluxma Bakı şəhəri üzrə ümumi yoluxmanın 14, 7 faizini təşkil edir. Sonrakı yerlərdə 12,7%-lə Xətai, 11,6%-lə Yasamal, 11,3%-lə Sabunçu, 8.3%-lə Nəsimi, 8,4%-lə Suraxanı, 8%-lə Nərimanov, 7,3%-lə Nizami, 6,3%-lə Qaradağ, 6,3%-lə Xəzər, 4,8%-lə Səbail, 0,3%-lə Pirallahı gəlir.

Azvision.az


Teqlər: Koronavirus  





Xəbər lenti