Ermənistanın müdafiə naziri istefa verdi - YENİLƏNİB

 Ermənistanın müdafiə naziri istefa verdi -  YENİLƏNİB
  20 Noyabr 2020    Oxunub:3470
Ermənistanın müdafiə naziri David Tonoyan vəzifəsindən istefa verib.
Azvision.az xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb. Onun Qarabağ döyüşlərindəki məğlubiyyət səbəbindən istefa verdiyi bildirilir.

Ermənistan hakimiyyəti Vaqarşak Arutyunyanın müdafiə naziri vəzifəsinə namizədliyini nəzərdən keçirir. Onun yaxın vaxtlarda nazir postuna gətiriləcəyi gözlənilir.

Qeyd edək ki, V.Arutyunyan hazırda Ermənistanın baş naziri Nikol Paşinyanın baş məsləhətçisi vəzifəsini tutur. O, 1999-2000-ci illərdə Ermənistanın müdafiə naziri olub.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: müdafiənaziri  





Xəbər lenti