“İşğal olunmuş torpaqları azad etmək müqəddəs borcdur” - Hulusi Akar
O bildirib: "Rusiya ilə danışıqlar apardıq. Azərbaycanlı qardaşlarımızın bütün haqq və mənafeyinin qorunması məsələsində edilməsi lazım olan hər şeyi etdik, bundan sonra da edəcəyik”.
Akar Azərbaycana hərbi qüvvələrin göndərilməsi ilə bağlı sənədin qəbul edildiyini xatırladıb:
"Hazırlıqlar tamamlanıb. Sənədə uyğun olaraq türk hərbçilər Azərbaycandakı vəzifələrini icra edəcək. Bununla əlaqədar olaraq Quru Qoşunlarımız işlərini tamamladı. Hava Qüvvələrimiz onların daşınmasına hazırdır".
Bəzi qərb siyasətçilərinin "Azərbaycan Ordusu Qarabağı yandırdı və yıxdı" ifadələrinə reaksiya verən nazir Akar deyib:
"Bu, reallıqdan uzaq açıqlamalar tamamilə yanlışdır. Azərbaycan Ordusu beynəlxalq hüquqa zidd bir şey etmədi. Gördüyü işin mahiyyəti 30 ildir ərazilərinin işğal altında olmasıdır. Hər kəs bunu bilməlidir. İnsanın vətənini qorumaq, işğal altındakı torpaqları xilas etməsi müqəddəs bir borcudur. Azərbaycan Ordusu bunu edir. Ermənistan ordusu isə bütün dünyanın gözü önündə Azərbaycanın mülki insanlarını, yaşayış məntəqlərini, şəhərləri bombaladı. Dünya bunu gördü, amma bəziləri hələ də kor, hələ də kardır. Onların müasirlik, insan hüquqları, demokratiya, bitərəflik haqqında danışmaları həqiqətən mümkün deyil".
Pərvanə Sultanova
Azvision.az
Teqlər: Qarabağ Hulusi-Akar Türkiyə