`ASAN` Səyyar xidmət iş başında

`ASAN` Səyyar xidmət iş başında
  08 Fevral 2014    Oxunub:858
İctimai Televiziya Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi pilot layihə çərçivəsində Bakı şəhəri üzrə səyyar formada xidmətlərindən bəhs edən reportaj hazırlayıb.
Bildilib ki, artıq fəaliyyətə başladığı gündən etibarən 10-dan çox vətəndaş bu xidmətlərdən yararlanıb.

Qeyd edək ki, 3 fevral 2014-cü il tarixindən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi pilot layihə çərçivəsində Bakı şəhəri üzrə səyyar formada xidmətlərin həyata keçirilməsinə başlayıb.

Səyyar "ASAN xidmət" çərçivəsində göstərilən xidmətlər bunlardır: Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi; Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi; Sürücülük vəsiqələrinin dəyişdirilməsi; Məhkumluq barədə arayışların verilməsi; Torpaq kadastrı məlumatları barədə arayışların verilməsi; Daşınmaz əmlakla bağlı əməliyyatların qeydiyyatı; Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı.

İş rejimi bazar ertəsi-şənbə günü saat 10:00-19:00-dəkdir. Xidmətin sifarişi 108 nömrəli "Çağrı" mərkəzi vasitəsi ilə həyata keçirilir.


Teqlər:  





Xəbər lenti